Gəncə şəhərində yerləşən gecə klubunda kütləvi dava düşüb.
Yenicag.az Report-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında baş verib.
“X-Club” adlanan məkanda baş verən kütləvi davada 3 nəfər, Şəmkir rayon sakinləri – 1996-cı il təvəllüdlü Rzazadə Orxan Vahid oğlu, 1993-cü il təvəllüdlü Rüstəmov Orxan Namiq oğlu və 1994-cu il təvəllüdlü Məmmmədov Orxan Elman oğlu bıçaqlanıblar. Onlardan M.Orxanın vəziyyəti kafi, digərlərinin isə ağırdır. Məlumata görə, əlbəyaxa dava zamanı daha bir neçə nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
www.yenicag.az