Gələcəyi neftin rəngi kimi tutqun görsənən milli iqtisadiyyat

media-hightechnic-468x90

1427955197_qubad“Hazırda çoxlu valyuta qazanan cəmi üç təşkilat var deyib, onlar arasında Azərbaycan Dövlət Neft Fondu, Azərbaycan Dövlət Neft Şirkətinin adlarını sadalayan Mərkəzi Bank sədri bu açıqlaması ilə həm Azərbaycan iqtisadiyyatının taleyinin neft satışından nə qədər asılı olduğunu və həm də yerli şirkətlərin rəqabət qabliyyətsizliyini təsdiqlədi”-

Yenicag.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Qubad İbadoğlu deyib.

“Bununla o göstərdi ki, xarici bazarlarda neftdən başqa bir şey satmaq qabliyyətinə malik deyilik və Azərbaycanda istehsal olunmuş məhsulları başqa dövlətlərə ixrac edib ölkəyə çoxlu valyuta gətirən özəl şirkətimiz yoxdur. Bu həm də dolayı yolla daxili bazarın monopollaşmasının isbatıdır. Burdan çıxan digər bir nəticə də odur ki, indiyə qədər dövlət rəqabəti deyil, inhisarçıları dəstəkləyib, onlar da aşağı keyfiyyətli və baha qiymətli mallarla yalnız yerli istehlakçıları təmin etmək qabliyyətindədir. Çünki, bizdən başqa heç bir alıcı həmin monopol şirkətlərin istehsal etdikləri məhsullara pul vermir (verməz kimi də oxuya bilərsiniz). Nəticə odur ki, neft hasilatının və qiymətlərinin aşağı düşdüyü şəraitdə milli iqtisadiyyatın gələcəyi neftin rəngi kimi tutqun görsənir”-deyə ekspert sözlərinə əlavə edib.

Qubad İbadoğlu hesab edir ki, Mərkəz Bankının sədri dünənki açıqlaması ilə həm də növbəti devalvasiyanın anonsu verdi: 20-30 faiz. və onu da etiraf etdi ki, onlar hazırkı şəraitdə manatın sabitliyinə pul xərcləməsi ilə ovçunun havaya güllə atması arasında heç bir fərq yoxdur.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600