!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gəmi “Min bir gecə”nin çəkildiyi malikanəni dağıtdı - VİDEO

!Reklam – Yazi

Malta bayrağı altında üzən “Vitaspirit” adlı tanker İstanbulun Bosfor boğazı sahilində yerləşən köhnə saray binasına çırpılıb.

Yenicag.az xəbər verir ki, qəza İstanbulun şimal hissəsində yerləşən Sultan Mehmet Fatih körpüsü yaxınlığında baş verib.

İlkin məlumatlara görə, hadisəyə tankerin sükan avadanlığının ilişməsi səbəb olub. Qəza yerinə sahil mühafizəsinin gəmiləri gələrək tankeri binadan uzaqlaşdırıblar.

Hadisə nəticəsində xəsarət alan olmasa da, tarixi əhəmiyyətə malik XVIII əsrə aid saraya böyük ziyan dəyib. Binanın divar və tavanının yarısı uçub.

Məşhur tədbirlərin keçirildiyi malikanədə “Min bir gecə” və “İstanbul qırmızısı” filmi çəkilib.

Bundan başqa, Şəbnəm Bozoklu, Aslı Tandoğan kimi aktrisaların toyu da həmin məkanda keçirilib.

COP29

www.yenicag.az

1636
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv