Gənc deputat susqunluğunu pozdu

media-hightechnic-468x90

78188Ukrayna Ali Radasının ən gənc deputatı Alyona Koşelev “Radikal partiyası”nın lideri Oleq Lyaşko ilə ilk tanışlığından danışıb.

Alyona partiya sədri ilə tanışlığının internetdən başladığını deyib.

“Mən İnternetdə öz yazılarımı dərc edirdim. Mənim sosial şəbəkələrdə çoxlu dost-tanışım var. Elə burada Oleq Lyaşko mənə diqqət yetirib”, – deyə Alyona Koşeleva bildirib.

Ali Radanın ən gənc və ən qlamur deputatı jurnalistlərlə yaxın gələcəkdə həyata keçirəcəyi planlarını bölüşüb. Deputat bildirib ki, o, parlamentin iqtisadi siyasət komitəsinə çalışmağı planlaşdırır. “Oxmatdet” milli uşaq xəstəxanasını tikmək, həkimlər və xəstələr üçün şərait yaratmaq niyyətindədir.

Gənc deputatın Oleq Lyaşko ilə tanışlığı barədə açıqlaması ölkədə birmənalı qarşılanmayıb və mediada qalmaqala səbəb olub.

Qeyd edək ki, gənc qızın qalmaqallı partiyanın seçki siyahısında necə düşdüyü uzun sirr olaraq qalırdı. Alyona Oleq Lyaşkoyla necə tanış olduğu barədə heç vaxt danışmayıb.

Parlament seçkilərindən əvvəl gələcək deputatın çoxsaylı maraqlı fotoları şəbəkələrdə yayılmışdı. Bloqqerlər isə buna etiraz etmişdilər və “Radikal” partiyasının lideri Oleq Lyaşkoşla məzələnmişdilər. Bildirmişdilər ki, partiya sədrinin deputat siyahısını belə adlandırmaq lazımdır: “Oleq Lyaşkonun seksual siyahısı”

(anspress.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600