Gənc əsgərlər and içdi-Fotolar
Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimi keçirilib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Silahlı Qüvvələrin birlikləri və Əlahiddə Ümumqoşun Ordusunun hərbi hissələrinin ərazilərində təşkil edilmiş mərasimlərdə rituala uyğun olaraq döyüş bayrağı sıra meydanına gətirilib, Azərbaycanın Dövlət Himni oxunub və tədbir açıq elan edilib.
Sonra gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul ediblər.
Andiçmə mərasimlərində hərbi hissələrin komandanlığı, yerli icra orqanlarının və ictimaiyyətin nümayəndələri, veteranlar və əsgər valideynləri iştirak ediblər.
Rəsmi mərasim bağlı elan olunduqdan sonra şəxsi heyət üçün konsert proqramı, əsgərlərin valideyinləri ilə görüşləri təşkil edilib və hərbi hissələrdə yaradılmış şəraitlə tanışlıq olub(apa).