Gənc kürdlər İŞİD-ə qoşuldu

media-hightechnic-468x90

74417200-dən çox kürd İŞİD terror qruplaşmasına qoşulub.

Bu barədə Kürdüstan Bölgəsi Təhlükəsizlik Agentliyinin müşaviri Məsrur Bərzani Londonda nəşr olunan “Şark-ul Awsat” qəzetinə açıqlamasında bildirib:

“Əldə edilən məlumatlar göstərir ki, 200 kürd gənci İŞİD-ə qoşulub. Bunlardan bir qismi döyüşlərdə öldürülüb. Bunlar öz vətəninə, xalqına və dinlərinə xəyanət edir. İŞİD-ə qoşulanlar yollarını itirmiş şəxslərdir. Bəzilərini təqib edirik. Ayrıca, gəncləri təşkilatın təhlükələrinə qarşı məlumatlandıraraq, İŞİD-ə qoşulmasını əngəlləyirik”.

Peşmərgə güclərinin böyük ruh yüksəlliyi ilə İŞİD-ə qarşı vuruşduğunu deyən Bərzani qeyd edib ki, Türkiyədən İŞİD-lə mübarizə aparmaq üçün daha çox kömək gözləyirlər:

“Türkiyə ilə əlaqələrimiz çox normaldır. Heç bir problemimiz yoxdur. Kürdüstanın bir qonşusu olaraq Türkiyə, siyasi, iqtisadi və təhlükəsizlik sahəsində daha aktiv olmalıdır”. (anspress.com)

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa