!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gənc nəslin formalaşmasına naşı MÜNASİBƏT: Qətl hadisələri buna görə artır – SƏBƏBLƏR

!Reklam – Yazi

“İnsanların, xüsusilə, gənclərin davranış tərzinin formalaşmasında təhsil müəssisələri, valideynlər övladlarına lazımi diqqət ayıra bilmir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında ötən gün bir gəncin sevdiyi şəxsə görə başqa bir gənci öldürməsinin səbəbinin sosial tərəfləri haqda danışan sosioloq Əhməd Qəşəmoğlu deyib.

Onun sözlərinə görə, kişilərin qadın üstündə bir-birini öldürməsi yeni hadisə deyil:

“Bu, 10, 20 il, hətta 100 il qabaq da olub. Sadəcə, sovetlər dövründə belə hadisələr az olurdu. İnsanların, xüsusilə, gənclərin davranış tərzinin formalaşmasında təhsil müəssisələri bu istiqamətdə vacib işlər apara bilmir. Valideynlər övladlarına lazımi diqqət ayıra bilmir. Ümumiyyətlə, ölkəmizdə sosial sahəyə diqqət heç arzu olunan səviyyədə deyil, çox bisavad səviyyədədir. Yəni bu sahəyə məsul olan aidiyyatı qurumların yeni nəslin arzu olunan səviyyədə formalaşmasında, demək olar, hər tərəfdə naşı münasibət var. Tənqid olunası çox şeyi olan sovet dövründə gənc nəslin müəyyən şəkildə formalaşması üçün bir sistem var idi. Bizdə isə həmin sistem mövcud deyil”.

Sosioloq qeyd edib ki, sosial siyasətin təkmilləşdirilməsində, yeni nəslin tərbiyəsində xeyli görüləsi işlər var:

“6 yaşına qədər uşaqların formalaşması üçün hazırladığım bir kitabım var. Fikirləşdim ki, bu kitab hər kəs tərəfindən maraqla oxunar. Lakin gördüm ki, bu kitab heç kimin vecinə deyil. Təhsil müəssisələrində insanların davranışı ilə humanitar sahədə, sosial siyasətin təkmilləşməsində, yeni nəslin tərbiyəsində xeyli görüləsi işlərimiz var. Bunlar haqqında həmişə yazıram və təkliflər verirəm. Lakin buna məsul olan strukturlar çox naşı münasibət bəsləyir”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

162
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv