Gəncə sakini intihara cəhd edib

media-hightechnic-468x90

28302Gəncədə 41 yaşlı kişi intihara cəhd edib.

Hadisə bu gün saat 11:00 radələrində şəhərin Heydər Əliyev prospektində 8 mərtəbəli binada baş verib.

Gəncə şəhər sakini, 1974-cü il təvəllüdlü Samir İdris oğlu Mehdiyev binanın 8-ci mərtəbəsinə çıxaraq özünü yerə atmaq istəyib. Hadisə yerinə FHN-in xilasediciləri və Gəncə şəhər Nizami rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Aparılan danışıqlar sayəsində S.Mehdiyevi fikrindən yayındırmaq mümkün olub və o binanın damından yerə salınıb.

Məlumata görə, dünən S.Mehdiyevin azyaşlı övladı dünyasını dəyişib və o, buna dözməyərək intihara cəhd edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600