Gəncə sakini özünü bıçaqladı

media-hightechnic-468x90

скачанные файлы (2)Gəncədə sərxoş kişi özünə xəsarət yetirib. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, 1960-cı il təvəllüdlü Turab Məmmədov döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal əməliyyat edilən xəstənin vəziyyəti orta ağır qiymətləndirilir.

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarının araşdırması zamanı məlum olub ki, üç dəfə məhkumluq həyatı yaşayan T. Məmmədov sərxoş vəziyyətdə yaşadığı evin həyətində mətbəx bıçağı ilə özünə xəsarət yetirib.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600