!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gəncədə 3 baş həkim vəzifədən azad edildi

!Reklam – Yazi

Gəncə şəhər Üzeyir Hacıbəyli adına Ailə Sağlamlıq Mərkəzinin və Gəncə şəhər Birləşmiş Xəstəxanası PHŞ-in Kardioloji Xəstəxanasının baş həkimləri tutduğu vəzifədən azad olunublar.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, Üzeyir Hacıbəyli adına Ailə Sağlamlıq Mərkəzinin baş həkimi Gülxar Kamran qızı Əsgərova yaş həddi səbəbindən tutduğu vəzifədən azad olunub.

Həmçinin, Gəncə şəhər Birləşmiş Xəstəxanası PHŞ-in Kardioloji Xəstəxanasının baş həkimi Fəxrəddin Namaz oğlu Namazov da yaş həddinə görə vəzifəsindən azad edilib.

Xatırladaq ki, Zülfüqar Məmmədov adına Gəncə şəhər Təxirəsalınmaz Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi Qafar İbrahimov da baş həkim vəzifəsindən azad edilib.

www.yenicag.az

476
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv