Gəncədə avtomobil divara çırpılıb

media-hightechnic-468x90

images (28)Gəncədə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gəncə şəhər Baş Polis İdarəsindən  verilən məlumata görə, hadisə ötən gecə şəhərin Heydər Əliyev prospektində baş verib.

Gəncə şəhər sakini, 1980-ci il təvəllüdlü Rəhimov Anar Rizvan oğlu idarə etdiyi “KİA” markalı avtomobillə yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə maşın bardürə, daha sonra divara çırpılıb. Qəza zamanı sürücü və avtomobildə olan iki nəfər – 1979-cu il təvəllüdlü Məmmədov Etibar Azad oğlu və həmyaşıdı Həsənov Arif Rövşən oğlu bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan yaralıların vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600