Gəncədə yük avtomobilinin iştirak ilə zəncirvari qəza olub.
“Unikal”ın məlumatına görə, şəhər ərazisində hərəkətdə olan “Qazel” markalı yük avtomobili idarəetmədən çıxaraq yol kənarındakı dayanan “Opel” və “Chevrolet ” markalı minik maşınlarına çırpılıb
Qəzadan sonra yük maşını yolun kənarına aşıb. Hadisə zamanı xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.
Hadisə yerinə DYP əməkdaşları cəlb edilib. Fakt araşdırılır.