Gəncədə sursat partladı, şəhid atası dünyasını dəyişdi

media-hightechnic-468x90

Gəncədə bədbəxt hadisə baş verib.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən fərdi yaşayış evində qeydə alınıb.

1974-cü il təvəllüdlü A.Tağıyevin yaşadığı evdə “OF 843” markalı minaatan mərmisi ilə ehtiyatsız davranması nəticəsində partlayış olub. Nəticədə 50 yaşlı kişi aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Məlumata görə, A.Tağıyev mərmini qoyun otaran zaman tapıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

Unikal-ın məlumatına görə, hadisə nəticəsində həyatını itirən Asif Tağıyev Vətən müharibəsi şəhidi Eşqin Tağıyevin atasıdır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600