Gəncənin başçısı yeni təyinatları açıqlayıb

media-hightechnic-468x90

dd39f553f4c0Bu gün YAP Gəncə şəhər təşkilatının qərargahında şəhər fəallarının yığıncağı keçirilib.

Yenicag.az xəbər verir ki, yığıncaqda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhər rəsmiləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Elmar Vəliyev çıxışında icra strukturunda yeni təyinatlar haqqında məlumat verib. Diqqətə çatdırıb ki, YAP Gəncə şəhər təşkilatının sədri Naqif Ələşrəf oğlu Həmzəyev icra başçısının birinci müavini, Mikayıl Zakir oğlu Zeynalov təsərrüfat işləri üzrə müavin təyin olunub. Elmar Vəliyev onları təbrik edərək, məsuliyyətli, şərəfli işlərində uğurlar arzulayıb, göstərilən etimadı layiqincə doğruldacaqlarına əminliyini bildirib.

Yığıncaqda Gəncə Dövlət Dram Teatrının aktyoru, Azərbaycan Respublikasının xalq artisti, “Qızıl Dərviş” mükafatçısı Məmmədəli Balayevə 75 illik yubileyi münasibəti ilə ikiotaqlı mənzilin açarı təqdim edilib. M.Balayev Novruz bayramı ərəfəsində ona göstərilən bu diqqəti ən qiymətli bayram töhvəsi olaraq dəyərləndirib və İcra Hakimiyyətinin rəhbərliyinə dərin minnətdarlığını bildirib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600