Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Gənclərimiz orduda xidməti şərəf bilir

“Gələcəyin sağlam əsgəri” fərdi layihəsi çərçivəsində sonuncu tədbir Bakıdakı 2 saylı Texniki-Humanitar Liseydə keçirilib. Dekabrın 27-də baş tutan tədbirdə liseyin şagird və müəllimləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Amil Şirinli qeyd edib ki, artıq Azərbaycan gəncləri hələ uşaq yaşlarından özlərini sağlam ordu xidmətinə hazırlamağın qayğısına qalır.

“Bizim gənclər orduda xidməti şərəf məsələsi sayır. Ona görə də hər bir gəncimiz istəyir ki, bu xid məti keçsin, Vətənə borcunu qismən də olsa qaytarsın. Ümumiyyətlə, Azərbaycan gəncləri işğalçı Ermənistan gənclərindən fərqli olaraq orduda xidmətə can atırlar. Halbuki düşmən ölkənin gəncləri hər cür bəhanə ilə ordudan yayınmağa çalışırlar”, – deyə Amil Şirinli bildirib.

Tədbirdə liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini Nuranə Şıxəliyeva, tərbiyə işləri üzrə təşkilatçı direktor müavini Kəmalə Abbasova da iştirak edib. Onlar öz çıxışlarında Azərbaycan dövlətinin, Ali Baş Komandan, Prezident İlham Əliyevin şəxsən hər bir gəncin sağlam əsgərlik həyatı keçməsinə qayğıyla yanaşdığını qeyd ediblər.

Maraqlı keçən tədbirdə ayrı-ayrı suallar ətrafında fikirlər söylənib, müzakirə aparılıb.

Qeyd edək ki, “Gələcəyin sağlam əsgəri” fərdi layihəsini Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu maliyyələşdirir. 2 saylı liseydəki tədbir layihə çərçivəsində keçirilən dördüncü tədbirdir. Bu vaxtadək olan tədbirlər də eyni maraqla qarşılanıb.

 

www.yenicag.az

1119
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS