General vətəndaşları qəbul etdi

media-hightechnic-468x90

eeeeeeeeeBu gün Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev şimal rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbul Xudat Sərhəd Dəstəsinin həyətində, açıq havada keçirilib.

Keçirilən qəbulda Quba, Qusar, Xaçmaz, Şabran rayonundan 70 nəfər iştirak edib. Qəbul zamanı sakinlərin iradları, problemləri dinlənilib. Vətəndaşlar xidmətə qəbul, müavinətlərin verilməsi, mənzil şəraitinin yaxşılaşdırılması və sərhədə yaxın məntəqələrində mövcud sosial problemlərdən şikayətləniblər.

Problemlər dinlənilib və Sərhəd Xidmətinə aid məsələlərlə bağlı lazımı tapşırıqlar verilib. Xidmətə aid olmayan məsələlər isə qeydə alınaraq aidiyyatlı qrumlara göndəriləcək.

Qeyd edək ki, qəbulda iştirak edən əlillərə xüsusi diqqət və qayğı göstərilib.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600