!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Generalla vida mərasimi keçirilir - Xameneyi  göz yaşlarını saxlaya bilmədi - FOTOLAR/VİDEO

!Reklam – Yazi

İraqda ABŞ hərbi qüvvələri tərəfindən öldürülən iranlı general Qasım Süleymaninin cənazəsi paytaxt Tehrana gətirilib.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, Tehran küçələrində minlərlə insan generalın cənazəsini daşıyan avtomobil karvanını müşayiət edib.

Ayətullah Xamneyinin rəhbərliyi ilə Tehran Universitetində cənazə namazı qılınıb.

Cənazə namazından sonra Süleymanin və digərlərinin nəşi “İnqilab” meydanından Tehranın “Azadi” meydanına kimi vida yürüşü ilə Qum şəhərinə göndərilib. Burada vida mərasimi bitdikdən sonra Qasım Süleymaninin cənazəsi dəfn üçün Kirman şəhərinə yola salınacaq.

Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı Qüds Qüvvələrinin komandanı general Qasim Süleymani və onun yaxın silahdaşları öldürülüb.

 

www.yenicag.az

1666
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv