!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gerasimov: “Yaxın Şərqdəki böhranın müharibəyə çevrilmə riski qalmaqdadır”

!Reklam – Yazi

“Yaxın Şərqdə böhranın regional müharibəyə çevrilməsi riski var”.

Yenicag.az “Sputnik”ə istinadla xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov xarici ölkələrin hərbi attaşeləri ilə görüşündə məlumat verib.

O, Fələstin-İsrail münaqişəsi zonasında, Livan və Yəməndə vəziyyətin gərgin olduğunu qeyd edib:

“Qəzza zolağında baş verən humanitar fəlakət isə bölgədəki münaqişə zamanı ən böyük faciələrdən birinə çevrilib”.

Gerasimov həmçinin vurğulayıb ki, Yaxın Şərqdə müharibə edən tərəflərin qeyri-regional dövlətlər tərəfindən dəstəklənməsi, Livanın münaqişələrə cəlb edilməsi və İranın təxribatlara məruz qalması regionda qeyri-sabitliyin genişlənməsi üçün təhlükəli ilkin şərtlər yaradır.

Suriyadakı vəziyyətə toxunan Gerasimov ABŞ-nin tətbiq etdiyi sanksiyalar səbəbindən Suriya ordusunun müntəzəm hərbi təlimlər keçirə bilmədiyini və döyüş hazırlığının zəif olduğunu bildirib.

“Noyabrın 27-də müxalifət İdlibin deeskalasiya zonasından hücuma keçdi. Hökumət qoşunları lazımi müqavimət göstərə bilmədi. Bu, ABŞ və müttəfiqlərinin misli görünməmiş sanksiyaları nəticəsində yaranan uzunmüddətli iqtisadi böhranın və şəxsi heyətin aşağı mənəvi səviyyəsinin nəticəsidir”, – deyə o əlavə edib.

Gerasimov Suriya dövlətinin faktiki olaraq dağıldığını vurğulayıb. O bildirib ki, Rusiya Suriyanın Astana formatında sülh yolu ilə nizamlanmasına cəhd göstərsə də, ABŞ və Böyük Britaniya bu prosesə maraq göstərməyib.

Xatırladaq ki, dekabrın 8-də müxalifət nümayəndələri Suriyanın nəzarətlərinə keçdiyini bəyan ediblər. Ölkənin baş naziri Məhəmməd Qazi əl-Cəlali isə bir neçə nazirlə birlikdə Suriyada qaldığını və silahlı müxalifət liderləri ilə əlaqə saxladığını bildirib. Rusiya Xarici İşlər Nazirliyi isə açıqlayıb ki, Suriya prezidenti Bəşər Əsəd hakimiyyətin sülh yolu ilə təhvil verilməsi qərarı verərək istefa edib və ölkəni tərk edib. Rusiya Əsədə sığınacaq verib, lakin danışıqlarda iştirak etmədiyini qeyd edib.

Rafi Müslümov

www.yenicag.az

70
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv