Gips əvəzinə uşağın qolunu kəsdi
YENİCAG.AZ xəbər verir ki, İstanbul Ümraniyədə qolu qırılan 2.5 yaşındakı Zeynəbin qolundakı gipsi çıxarmağa çalışan həkim səhvən uşağın qolunu kəsib.
Bank işçisi olan S.Y və informasiya agentlikləri işçisi atası İ. Y. 2.5 yaşındakı qızları Zeynəb, təxminən 1 ay əvvəl evlərinin bağçasında bacısı E.E ilə birlikdə oynayarkən yıxılaraq qolunu qırıb. Ailəsi tərəfindən xəstəxanaya aparılan Zeynəbin qolu gipsə salınıb. Təxminən 1 ay sonra xəstəxanaya gətirilən Zeynəbin qolunu müayinə edən həkim, təcili yardımdan gipsin çıxarılmasını istəyib. Buradakı işçi, gipsin altına metal parçası saldıqdan sonra gipsi əlindəki istilik cihazıyla kəsməyə başlayıb.
Bu zaman qorxudan ağlayan uşaq, “ağrıyır” deyə qışqımağa başlayıb. Bunu qorxudan etdiyini düşünən valideynlər, gips açıldığında qolunda 3 santimetr dərinlikdə yağ təbəqəsinə qədər gedən bir kəsik olduğunu görəndə dəhşətə gəliblər. Həkimlər tikiş atmaq istəsələrdə, ailə razı olmayıb və Zeynəbi başqa xəstəxanaya aparıblar. Burada edilən müayinədə əzələlərin kəsilmədiyi, ancaq yara izinin qalıcı olduğu öyrənilib . Həkimlər “Yaxşı ki tikiş attırmamısınız. Çünki bu yarada tikiş tutmazdı” deyiblər.
Daha sonra ailə, xəstəxana səlahiyyətliləri haqqında şikayətçi olublar.