Gömrükdə siqaret əməliyyatı

media-hightechnic-468x90

 

Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə Azərbaycanın aksiz markası ilə markalanmayan külli miqdarda tütün məmulatını satma, satış məqsədi ilə saxlama barədə əməliyyat məlumatı daxil olub.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən  Yeniçağ.Az-a verilən məlumata görə, dərhal yaradılan əməliyyat qrupunun həyata keçirdiyi tədbirlər nəticəsində Ələt-Astara yolunun Biləsuvar şəhəri ərazisindən keçən hissəsində Azərbaycan vətəndaşı Abbasov Rahid Əliseyran oğlunun idarə etdiyi “Hyundai Elantra” markalı minik avtomobili saxlanılıb.

Həmin nəqliyyat vasitəsinə baxış zamanı avtomobilin yük yerində Azərbaycanın aksiz markası ilə markalanmayan 50.000 ədəd “Manchester” adlı siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

 

Yeniçağ.Az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600