Gömrükdən büdcəyə daxilolmalar AÇIQLANDI

media-hightechnic-468x90

Ötən gün bəzi kütləvi informasiya vasitələrində Dövlət Gömrük Komitəsi tərəfindən cari ilin oktyabr ayı üzrə büdcə daxilolmalarının 226 milyon 88 min manat təşkil etdiyi barədə məlumatlar yayılıb.

media-banner_tuq

Dövlət Gömrük Komitəsindən Yenicag.az-a verilən məlumata görə, komitənin rəsmi internet səhifəsində büdcə daxilolmaları bölməsində yaranan texniki səbəblərdən rəqəmlərin əks olunduğu cədvəldə yanlışlığa yol verilib.

Qeyd edək ki, 2018-ci ilin oktyabr ayında Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxilolmalar belədir: gömrük rüsumu üzrə 93252.20, ƏDV üzrə 263685.90, aksizlər üzrə 16539.40, yol vergisi üzrə 4644.80, cəmi: 378122.30 milyon manat.

Texniki nasazlıq qısa zaman ərzində aradan qaldırılacaq.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05