Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Google Plus"un bağlanmasından sonra... - Bunları bilməyiniz vacibdir

“Google” aylar əvvəl bildirdiyi kimi 3 aprel tarixində Google plus platformasını bağlayıb.

Yenicag.az xəbər verir ki, “Google Plus” hesabına daxil olmaq istəyən istifadəçilər “Google Plus istifadəçilər və markalar üçün artıq aktiv deyil” deyə bir xəbərdarlıq mesajı ilə qarşılaşıblar.

Yenicag.az xəbər verir ki, son aylarda təhlükəsizliklə bağlı boşluqlar səbəbindən 2019-cu ilin avqustunda Google Plus-un bağlanacağı açıqlanmışdı. Lakin şirkət təhlükəsizlik risklərinə nəzarət edə bilmədiyindən bu tarixi önə çəkərək platformanın apreldə bağlanacağını bildirdi.

İstifadəçilərə əvvəldən edilən xəbərdarlıqda deyildiyi kimi artıq istifadəçilərə aid məlumatlar silinməyə başlanıb.

Lakin bu mərhələ bir neçə ay davam edəcəyi bildirilib. Bu səbəbdən platformada paylaşdığınız videolar, fotlar və s. kimi media fayllarını endirmək üçün xüsusi səhifə yaradılıb.

https://takeout.google.com/settings/takeout/custom/circles,plus_one,plus_communities,stream

Bundan başqa bu hesabla qeydiyyatdan keçdiyiniz saytlarda profiliniz aktiv qalacaq və silinməyəcək.

G Suite servisinin istifadəçiləri Google + -a aid çat imkanlarından istifadə edə biləcəklər.

Platformanın bağlanması Google My Bussines platformasına təsiri olmayacaq.

Lakin Youtubedən yan keçməyəcək və bunlar aradan qaldırılacaq:
1. Mobil cihazlarda profil və arxa fon rəsmini dəyişdirmək funksiyaları.
2. Google.com/+youtube formatında olan keçidlər funksiyası.
3. Google + -da yaratdığınız qrupun üzvləri arasında paylaşılan videolar.
4. Youtubenin köhnə mobil tətbiqlərindəki şərhlər funksiyası.

Artıq bir çox paylaşım platofmaları Google + -da paylaşım imkanlarına xitam verib.

Loading...

www.yenicag.az

7098
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100