Goranboyda iki "VAZ" toqquşdu - Xəsarət alanlar var
Goranboyda minik maşınları toqquşub.
Yenicag.az-ın məlumatına görə, hadisə rayonun Dəlməmmədli şəhəri ərazisində baş verib.
Hərəkətdə olan “VAZ-21015” ilə “VAZ-2106” markalı minik avtomobilləri toqquşub. Qəza zamanı bir neçə nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır./Unikal













