Goranboyda iki yeniyetmə qızı maşın vurdu

media-hightechnic-468x90

Goranboyda iki yeniyetmə qızı avtomobil vurub.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, hadisə Goran-Naftalan yolunun rayon ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan “Priora” markalı minik avtomobili yolu keçmək istəyən 2011-ci il təvəllüdlü F.Qasımova və 2013-cü il təvəllüdlü N. Həsənovanı vurub.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, 12.10.2025-ci il tarixində, saat 17:40-da Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan 2 nəfər (qadın) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bildirilib ki, müayinə zamanı hər iki şəxsə bədənin müxtəlif nahiyələrinin səthi travması diaqnozu qoyulub. Onlara zəruri tibbi yardım göstərildikdən sonra pasiyentlər ambulator müalicə üçün evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır./Oxu.az/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05