Göyçayda 2 nəfərin ağır xəsarət alması nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yenicag.az APA-ya istinadla xəbər verir ki, hadisə bu gün səhər saat 9:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 212-ci kilometrliyində, Göyçayın Qarabaqqal kəndi ərazisində qeydə alınıb.
“VAZ 2106” markalı minik avtomobili qarşı tərəfdən gələn “QAZ 53” markalı yük avtomobili ilə toqquşub. Hadisə nəticəsində “VAZ 2106”nın sürücüsü, Qarabaqqal kənd sakini 1982-ci il təvəllüdlü Musayev Səbuhi Şəmsəddin oğlu və həmkəndlisi olan sərnişini 1995-ci il təvəllüdlü Həsənov Elçin Ayaz oğlu ağır bədən xəsarətləri ilə aldığı üçün Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq Şəmsəddin Musayev xəstəxanada dünyasını dəyişib. Elçin Həsənovun vəziyyəti isə ağır olaraq qalır.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
www.yenicag.az