Göygöldə silahlı şəxs saxlanıldı

media-hightechnic-468x90

Göygöl Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Yenicag.az-a verilən məlumata görə, RPŞ-in əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Elvin Məmmədov rayon ərazisində saxlanılaraq, polis şöbəsinə gətirilib. Onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd atəşə yararlı, lüləsi və qundağı kəsilmiş, istifadəyə yararlı ov tüfəngi aşkar edilərək götürülüb.
Götürülən maddi sübut ekspertizaya göndərilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600