Güclü leysan Tovuzda ciddi fəsadlara səbəb oldu

media-hightechnic-468x90

Tovuz rayonuna yağan güclü leysan fəsadlara səbəb olub.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, rayon mərkəzinə və kəndlərə düşən güclü yağış avtomobil yollarında və səkilərdə hərəkəti çətinləşdirib.

Xüsusilə rayon mərkəzindəki küçələr daha keçilməz olub. Kanalizasiya boruları yağış suları ilə dolub, gediş-gəliş üçün nəzərdə tutulan yollar yağış sularının altında qalıb. Bölgənin digər rayonları – Qazax və Ağstafada da güclü yağış oxşar vəziyyət yaradıb.

Leysan təxminən yarım saat davam edib.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa