!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gülənin əsas adamlarından biri də yaxalandı

!Reklam – Yazi

FETÖ terror şəbəkəsinin 15 iyul çevriliş cəhdinin əsas iştirakçıları sırasında olan polkovnik-leytenant həbs edilib.

Yenicag.az Türkiyə mediasına isinadən xəbər verir ki, 15 iyul çevriliş cəhdi zamanı “mavi işıqlı maşınlara atəş açın” əmrinin müəllifi, polkovnik-leytenant Özcan Karacan Antalyada ələ keçib.

Məlumata görə, Karacan Antalya Polis İdarəsinin Terrsuiorla Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı Muratpaşa qəsəbəsində gizləndiyi evdə yaxalanıb.

Tanınmamaq üçün saç və saqqalını uzadan Karacan tibbi müayinədən keçirilib. O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsddə və 2 polis əməkdaşının qətlində ittiham olunur.

Ankara Cümhuriyyət Baş Prokurorluğu tərəfindən hazırlanan ittihamnamədə Karacanın 15 iyul çevriliş cəhdində iştirak etdiyi, onun Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general Zekai Aksakallının maşınını vurmaq əmri verdiyi qeyd olunub.

Yenicag.Az

COP29

www.yenicag.az

1290
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv