Gülənin Әrdoğanı həbs planının detalları üzə çıxdı -” Sufyan” kimdir?

media-hightechnic-468x90

imageFətullah Gülən Şəbəkəsinin 17-25 dekabr tarixlərində həyata keçirmək istədikləri çevrilişlə şərti olaraq “Sufyan” deyə kodlaşdırılan Türkiyənin əvvəlki baş naziri, indiki prezident Rəcəb Tayyib Ərdoğan və tərəfdarlarını Sincan T tipli həbsxanada saxlamaq haqqında planları ortaya çıxıb.

Yenicag.az türk mediasına istinadən bildirir ki, bu planlar Camaatın silməyi bacardığı, lakin yeni texnoloji vasitələrlə bərpa edilən sənədlərin təhqiqatı zamanı üzə çıxıb.

Gizli izləmə cihazlarında lentə alınan səs yazılarında Rəcəb Tayyip Ərdoğan və bir sıra hökumət nümayəndələri kodlaşdırılmış şəkildə “Sufyan və dostları” deyə adlandırılır.

Həmçinin, Ərdoğan və nümayəndələrinin T tipli həbsxanaya yerləşdiriləcəyi haqda məlumatlar da yer alır.

Dinləmədə Tamer Barış Terkeşli ilə danışan M.A adlı şəxs bunun üçün seçilən şəxslər həbsxanaya qoyulacağı haqda danışır.

Terkeşlinin sərt reaksiya göstərməsinə Ərdoğanla əlaqədar “Sufyan və yoldaşları” ifadəsini işlədən MA, “Abi, yuxarı istəyirsə, bunda bir hikmət vardır. Mühakimə etməyi burax və təslimiyyət xəttini keçmə! Səni səhv başa düşərlər deyə qorxuram” xəbərdarlığını edir.

Şəbəkənin qaçaq MİT İmamı Murat Karabulutun da adının keçdiyi dialoqda, Terkeşli işə alınacaq işçi siyahısını Süleyman adlı bir şəxsə verdiyini söyləyir.

Qeyd edək ki, islami inanca görə, “Sufyan” Dəccalın müsəlmanlar içərisindəki əsas dəstəkçisidir. Bir çox əlamətlərinə görə, Türkiyədəki dini camaatlar Gülənin Sufyan olduğunu iddia edirlər. Onun dini camaatların “Böyük Dəccal” adını verdikləri ABŞ-da yaşaması və Səid Nursinin “Risaleyi Nur”da yazdığı əlamətlərin onda olması buna dəlil göstərilir. Belə ki, “Risaleyi Nur”da Sufyan belə təqdim olunur:
“Yedinci Məsələ: “Rəvayət olunur ki, Sufyan böyük alim olacaq, elmlə yolunu azacaq. Çox alim də ona tabe olacaq. Padşahlar kimi qüvvə və qüdrətlə, qəbilə başçıları kimi əşirət və cəsarətlə də deyil, siyasi bilgisi və hiyləgərliyi ilə yanındakıların ağlını başından alacaqdır. Bir çox müəllimi yanına alıb, din tədrisindən uzaq təhsilə üstünlük verər və özünə bağlı nəsillər yaratmağa çalışar.”( Şualar, Beşinci Şua, İkinci Makam.)
Göründüyü kimi Gülən özünə isnad edilən adı Әrdoğana şamil edərək, camaatı arasında onun Sufyan olduğu imajını yaratmışdır. Müsəlmanları Sufyanla mübarizəyə səsləmək daha asandır, nəinki bir müsəlman liderlə…

Dialoqda keçən “təslimiyyət” ifadəsi isə Gülən şəbəkəsinin əsas prinsiplərindən biridir. Eynilə, Azərbaycandakı müridləri də bu “Təslimiyyət” andı içdikləri üçün bu anddan vaz keçə bilmirlər. Keçdikləri anda isə Camaat tərəfindən ağır cəzalandırılırlar.

Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600