Vətəndaş Həmrəyliyi Partiyasının 94 saylı Ucar seçki dairəsindən deputatlığa namizədi Gülnar Hüseynova təşviqat kampaniyası çərçivəsində Ucarın Çiyni (Qaradağlı), Bərgüşad, Məlikballı kəndlərində seçicilərlə görüşüb.
Görüş zamanı VHP-çi namizəd öz platforması, Ucarla bağlı lahiyələri, seçiləcəyi təqdirdə görəcəyi işlər haqda vətəndaşlara məlumat verib. O, bildirib ki, biz birlikdə Ucar üçün çalışmalıyıq, Ucarın aqrar sahəsi inkişaf etdirilməli, yeni iş yerləri açılmalıdır.
Çıxışdan sonra seçicilər namizədə suallar verib. Hər bir sualı cavablandıran Gülnar xanım vətəndaşları narahat edən məsələlərə aydınlıq gətirib.
www.yenicag.az