“Vəsiyyət etmişəm, mən öləndə heç kim dalımca ağlamasın. Bunu ailə üzvlərimə də demişəm”.
Bunu aparıcı Günay Firudinqızı Yenicag.az-a açıqlamasında deyib.
O, cəmiyyətdə günü-gündən artan aqressiya və gərginlikdən bezdiyini dilə gətirib:
“İnsanlar çox aqressivləşib. Yolda gedəndə görürsən ki, hamı gərgindir, ətrafdakılarla aqressiv davranır, kimsə kiminləsə mübahisə, ya dava edir. Nə qədər kimsə-kimisə söyər, nə qədər neqativə köklənmək olar axı?! Bu mənfi emosiyalar, aqressiya istər-istəməz insana təsir edir, əhval-ruhiyyəni dəyişir.
Vəsiyyət etmişəm, mən öləndə heç kim dalımca ağlamasın. Bunu ailə üzvlərimə də demişəm. Ancaq gülsünlər, məni gülüşlə yola salsınlar. Nə mən özüm də, nə də kiminsə ağlamasınl istəyirəm. Artıq elə bir vəziyyət yaranıb ki, insanlar qara bir dalğa içərisində boğulurlar. Bunun yeganə mübarizə üsulu da hər şeyə rəğmən gülməkdir”.
Aparıcı neqativlərdən qaçmaq üçün etdiyi eksperimentdən danışıb:
“Buna görə də qərara gəldim ki, həyatımda bir eksperiment edim. Hər kəs bunu edə bilər. Ancaq gülümsəmək lazımdır. Yol gedərkən gülürəm, olduğum məkanlarda gülümsəyirəm. Görürəm ki, həqiqətən də mənim gülüşümə gülüşlə cavab verirlər. Anladım ki, insanın pozitivə köklənməyi o qədər də çətin deyil. Sadəcə olaraq bunu özündən başlamaq lazımdır. Gülümsə ki, bunun qarşılığını görə biləsən.
Mənə pis xəbər verən, neqativ ötürən insanlardan uzaq dururam. Qabaqcadan xəbərdarlıq da edirəm ki, mənə mənfi emosiyalar ötürməyin. Soruşanda ki, necəsən, deyirəm, əlayam, superəm, çox xoşbəxtəm. “Nə bilim e”, “belə də” kəlmələrini leksikonumdan çıxarmışam. Mən bundan sonrakı həyatımı neqativlər içində keçirmək istəmirəm. Biz bilmirik ömrümüzün bəlkə yarısını yaşamaşıq, ya bəlkə də hamısını… Bunu yalnız Allah bilir. Buna görə də qalan ömrümüzü heç olmasa, xoşbəxtlik içərisində, həyata gülümsəyərək keçirək”.
Cəvahir
www.yenicag.az