!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Günaydan SƏRT SÖZLƏR: “Adını kişi qoyub saqqalını boyayır, qaşını aldırır”

!Reklam – Yazi

“Deyəsən, doğrudan da dünyanın sonuna gəlib çıxmışıq. Qaşını aldıran, saqqalını boyayan kişiləri görəndə adam dəhşətə gəlir”.

Bunu plastik əməliyyat və digər baxım prosedurları etdirən əks cinslərə münasibətini bildirən tanınmış aparıcı Günay Firudinqızı Yenicag.az-a açıqlamasında deyib.

Bunu mənəviyyatın aşınması kimi dəyərləndirən aparıcı rüsvayçılıq adlandırıb:

“Kişilərin qadına aid estetik və baxım prosedurları etdirməsinə qarşıyam və buna çox pis baxıram. Söhbət nəinki kişilərin plastik, estetik əməliyyatından gedir, ümumiyyətlə, onların gözəl görünmək naminə etdirdikləri bütün prosedurlardan gedir. Belə bəylər insanda həqiqətən də qıcıq yaradır. Təbii ki, hamıya şamil etmirəm, son vaxtlar bəzi kişilər arasında qaş aldırmaq proseduru da dəbə düşüb. Bunu da deyəsən türk seriallarından götürüblər. Bəlkə də kimsə onlara istehza ilə qaş aldırmağın yaraşdığını deyiblər. Amma bunun bir adı var – biabırçılıq. Bir ciddi peşənin sahibi var, dostumdur. Axır vaxtlar onu görəndə şok oluram. Bərbad vəziyyətdədir. Təsəvvür edin, sanki kişi sifəti qadın sifəti ilə əvəzlənib. Yəni o dərəcədə tanınmaz hala düşüb. Bu şəxslər güzgüyə baxanda görmürlər ki, necə biabır görkəmdədirlər? Belə etməyin, vallah kənardan çox pis görünürsüz.

Deyəsən, dünyanın doğrudan da sonuna gəlib çıxmışıq. Kişi salonlarının yanından keçəndə adam dəhşətə gəlir. Elə bil, üzlərinə maska keçiriblər. Saqqallarını müxtəlif rənglərə boyayan, qadın kimi qaşını alan bəyləri görəndə adam deməyə söz də tapa bilmir. Allah özü mənəviyyatımızı qorusun”.

Cəvahir

COP29

www.yenicag.az

878
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv