Reklam: High Technic
hightechnic

Gündüz yuxusu bu təhlükəli xəstəliyin əlamətidir

Böyük Britaniyalı alimlər gündüz yuxusunun daha çox Alzheymer xəstəliyinin əlaməti olduğunu müəyyən edib.

Yenicag.az-ın məlumatına görə, alimlər bir neçə min yaşlı insanı və onların yuxu rejimini 16 il ərzində müşahidə edib. Müəyyən olub ki, gündüz vaxtı yuxulamaq istəyi əksər hallarda Alzheymer xəstəliyinin yarandığına işarədir.

Mürgüdən şikayət edən təcrübə iştirakçıları yatmaq istəməyənlərdən üç dəfə çox Alzheymer xəstəliyinə meylli olub.

Daha əvvəl alimlər xəstəliyin profilaktikası üçün aktiv həyat tərzi sürməyi və pəhriz saxlamaq lazım olduğunu müəyyən etmişdilər. Lakin yuxu faktoru nəzərə alınmamışdı./Trend/

www.yenicag.az

5281