Günəşdə 2 güclü partlayış baş verdi

media-hightechnic-468x90

Aprelin 27-də Günəşdə iki güclü alışma qeydə alınıb.

media-banner_tuq

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Elmlər Akademiyasının Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.

Məlumata görə, M6.0 maqnitudalı ilk partlayış bu gün 01:57-də (Bakı vaxtı ilə 02:57-də) ulduzun 4420 nömrəli ləkələr qrupunda baş verib və 11 dəqiqə davam edib. İkinci alışma isə 09:45-də (Bakı vaxtı ilə 10:45-də) qeydə alınıb. Gücü M1.1, müddəti isə 23 dəqiqə olub.

Ümumilikdə həftəsonunda Günəşdə M sinfindən olan altı partlayışın baş verdiyi bildirilir.

Qeyd edək ki, Günəş alışmaları(partlayışları) rentgen şüalanmasının gücünə görə beş sinfə bölünür: A, B, C, M və X. Ən aşağı sinif olan A0.0 Yer orbitində kvadrat metrə görə 10 nanovat şüalanma gücünə uyğun gəlir. Hər növbəti sinfə keçid zamanı güc 10 dəfə artır./Trend/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05