Gürcüstan azərbaycanlı deputata qadağa qoydu?
Millət vəkili Əsabil Qasımovla bağlı yeni məlumat yayılıb.
Veteninfo.az yazır ki, deputat hələ “Qızıl gül” inqilabının banisi Mixail Saakaşvilinin dövründə qonşu Gürcüstanda tenderə çıxarılan un dəyirmanını satın alıb. Əsabil Qasımovun ailə şirkəti “Karat” Holdinqə məxsuz “Karmen” unları eyni ilə yeni müəsisədə də istehsal edilir və Gürcüstan bazarında “Karmen”unları alıcılarına çatdırıır.
Ancaq sonrakı fəaliyyətində Əsabil Qasımova məxsus un dəyirmanının Gürcüstanda davamlı vergidən yayınmalara yol verdiyi və buna görə də qonşu ölkənin vergi orqanları ilə Azərbaycanın millət vəkili arasında gərginlik yarandığı iddia olunur.
Məlumata görə, Gürcüstan vergi orqanları Əsabil Qasımovdan dövlətə ödənilməsi nəzərdə tutulan verginin ödənilmədiyini gördükdə məhkəməyə müraciət edir. Məhkəmə millət vəkilinin sahibi olduğu müəsisənin vergidən yayındığını təsdiqləməklə bərabər, eyni zamanda vergini vaxtında ödəmədiyindən o məbləğə cərimə faizləri də tətbiq edilib.
Qeyd edilir ki, Əsabil Qasımov məhkəmənin çıxardığı qərarı icarə etməyib və hələ də qeyd edilən vergini ödəməkdən boyun qaçırır.
Gürcüstanda baş verən hakimiyyət dəyişikliyindən sonra yeni hakimiyyət də Əsabil Qasımovdan əl çəkmir. Amma Saakaşvili iqtidarından fərqli olaraq yeni hakimiyyət daha ağır bir qərar verib. Məhkəməyə edilən müraciətin ardından çıxarılan qərara əsasən “Karat” holdinqin kölgədəki sahibi Əsabil Qasımov Gürcüstan ərazisinə daxil olduqda həbs edilməlidir. Məlumata görə, Əsabil Qasımov qonşu Gürcüstanda arzuolunmaz şəxslər sırasına daxil olub.
Redaksiya olaraq məlumatın nə qədər doğru olub-olmadığını öyrənmək üçün millət vəkili Əsabil Qasımovunun telfonuna zəng etdik. Təəssüf ki, millət vəkilinin mobil telefonu həmişəki kim əhatə dairəsindən kənarda oldu.