Gürcüstan azərbaycanlıları Zəlimxan Məmmədli üçün hərəkətə keçdi  

media-hightechnic-468x90

381571_318793811478733_1676778219_nGürcüstanda fəaliyyət göstərən bir sıra nüfuzlu QHT rəhbərləri, millət vəkilləri, media kapitanları və ziyalılar Gürcüstan Prezidenti, Baş Naziri və Parlament sədrinə müraciət ünvanlayıblar. 

Müraciətdə deyilir:

“Diqqətinizə çatdırırıq ki, Azərbaycanda fəaliyyətdə göstərən və Gürcüstanla sıx əlaqəsi olan olan “Borçalı” İctimai Cəmiyyətinin gördüyü işlər diqqətəlayiqdir. . Bu təşkilat xalıqlarımız və dövlətlərimiz arasında dostluğumuzun möhkləmlənməsində müstəsna xidmətləri ilə seçilən aparıcı bir neçə təşkilatdan biridir. Biz Gürcüstandakı təşkilatlar olaraq, bu təşkilatın xidmətini yüksək qiymətləndiririk.

Təəssüflə qeyd etməliyik ki, “Borçalı” Cəmiyyətinin rəhbəri Zəlimxan Məmmədlinin və onun müavini Salman Murğuzovun ictimaiyyətə məlum olmayan səbəblərə görə, 19 oktyabr 2014-cü ildən Gürcüstana girişinə qadağan qoyulmuşdur. Bilməyinizi istəyirik ki, onların fəaliyyəti Gürcüstanımızın suverenliyinə, ərazi bütövlüyünə, bizlərin Gürcüstan cəmiyyətinə inteqrasiya olunmağımıza dəstək verməkdən başqa fəaliyyəti yoxdur və heç bir qeyri-leqal işlə məşğul olmurlar.

Təməli keçmişdən gələn və ulu babalarımız tərəfindən sağlam dayaqlar üzərində bərqərar olan dostluğumuza xidmət göstərən bu şəxslərin doğma vətənləri Gürcüstana buraxılmamasını biz səhv addım hesab edirik. İnanırıq ki, Gürcüstanda doğulub boya-başa çatmış Zəlimxan Məmmədliyə (Qardabanidə anadan olub) və onun müavini Salman Muğuzova (Saqareco rayonunda anadan olub) Konstitusiya ilə təsbit edilmiş maddələrin şamil olunmasına göstəriş verəcək və onların doğma vətəni olan Gürcüstana girişinə qoyulan qadağanı qaldıracaqsınız. Sizdən müsbət cavab alacağımıza əmin olaraq xalıqlarımız arasındakı dostluğa, səmimi münasibətə böyük tövhə verəcək bu hadisənin həllini səbrsizliklə gözləyirik”.

Hörmətlə,
Gürcüstan parlamentinin üzvləri – Mahir Dərziyev, Azər Suleymanov, Əli Məmmədov
Gürcüstanın keçmiş parlament üzvləri – Ramiz Bəkirov, Zümrüd Qurbanov, Hidayət Hüseynov, Vaqif Mustafayev.
Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzi, 
Qeyrət Xalq Hərakatı
Tolerans İctimai Birliyi
Varlq Mədəniyyət Mərkəzi
Kvemo-Kartilinin İnsan Haqqları üzrə Müvəkkiliyi
Borçalı İş Adamları Birliyi
Borçalı İrəli Birliyi
Azərbaycan dilli mətbu orqanların (“Gürcüstan”, “Regionpress”, “Sözün işığı”, Ümid” və “Qarapapaqlar”) kollektivləri
Gürcüstan Jurnalistlər İttifaqı

Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600