!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gürcüstan Bakı və İrəvana regional əməkdaşlıq formatı təklif etdi

!Reklam – Yazi

Gürcüstan Ermənistanla Azərbaycan arasında münasibətlərin sülh yolu ilə nizamlanması prosesini alqışlayır və iki ölkəyə münasibətlərin tənzimlənməsi üçün regional əməkdaşlıq formatını təklif edir.

Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxışı zamanı bildirib.

“Sülhün vacibliyini dərk edərək, biz Cənubi Qafqaz regionunu münaqişə bölgəsindən imkanlar bölgəsinə çevirmək səylərində aparıcı rol oynamışıq. Biz Ermənistan və Azərbaycan arasında sülh yolu ilə nizamlanma prosesini, xüsusilə qonşu dövlətlərlə münasibətlərin nizamlanmasına yönəlmiş səyləri alqışlayırıq.

Biz fikir ayrılıqlarının keçmişdə qalacağına və regionun resurslarının və üstünlüklərinin dünyaya təqdim olunmasına zəmanət vermək üçün ölkələr arasında əməkdaşlıq və etimadın qurulmasını dəstəkləyən regional əməkdaşlıq formatını təmin etmək istəyirik”, – deyə Baş nazir qeyd edib./unikal

www.yenicag.az

155
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv