Reklam

Reklam

Gürcüstanın prezidenti Giorgi Marqvelaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.

Yenicag.az xəbər verir ki, məktubda deyilir:

“Bakı şəhərindəki Respublika Narkoloji Mərkəzində baş verən yanğınla əlaqədar aldığım xəbər məni dərindən kədərləndirdi.

Gürcüstan xalqı adından və şəxsən öz adımdan Sizə, Azərbaycan hökumətinə və xalqına dərin hüznlə başsağlığı verirəm.

Zati-aliləri, vəfat edənlərin ailələrinə mənim başsağlığımı, xəsarət alanlara isə tez sağalmaları diləklərimi çatdırmağınızı xahiş edirəm.

Bütün hallarda Gürcüstanın dəstəyinə güvənə bilərsiniz”.

Eyni zamanda Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib. Məktubda deyilir:

“Bakıdakı Respublika Narkoloji Mərkəzində baş verən və insanların ölümü ilə nəticələnən yanğınla əlaqədar Gürcüstan hökuməti və xalqı adından, şəxsən öz adımdan Sizə dərin hüznlə başsağlığı verirəm.

Bu ağır anlarda biz qardaş Azərbaycan xalqının yanındayıq və həlak olanların ailələrinin kədərini bölüşür, onlara səbir diləyirik”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 648
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."