Gürcüstandakı maaşım AZAL-ın verəcəyi “qəpik-quruş”dan çoxdur…

media-hightechnic-468x90

Azərbaycanlı futbolçu Rasim Ramaldanov Gürcüstana qayıdıb. Yeniçağ.az-ın məlumatına görə, o, karyerasını yenidən qonşu ölkədə davam etdirəcək.

Belə ki, futbolçu Azərbaycanda oynamaq üçün qayıtmaq qərarına gəlmişdi. Ancaq Premyer Liqa klublarının heç biri onu heyətində görmək istəmədiyi üçün təklif göndərməyib.

Aldığımız məlumata görə, onunla bircə həm maliyyə, həm də bir çox problemləri olan AZAL klubu maraqlanıb. Onlarla da Ramaldanovun özü razılaşmayıb. Futbolçu müflis olan klubda çıxış etmək istəmədiyini deyib. Həmçinin onu da bildirib ki, Gürcüstanda aldığı maaş AZAL-ın verəcəyi “qəpik-quruş”dan çoxdur.

Qeyd edək ki, Cahangir Əsgərovun rəhbəri olduğu AZAL klubu turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

 

Aygün İlqarqızı

Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600