!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Guya oriyentasiyası fərqlidir, əslində isə normal kişidir" - Tanınmış aparıcı həmkarlarını "yıxıb-sürüdü"

!Reklam – Yazi

Tanınmış aparıcı və aktyor Rüfət Nəzərov həmkarlarının bostanını daşlayıb.

Yenicag.az-a açıqlama verən R.Nəzərov kişi aparıcılar barədə qalmaqallı fikirlər səsləndirib:

“Bir çox kişi aparıcıları var ki, oriyentasiyası ilə bağlı xoşagəlməz fikirlər səslənir. Baxırsan, bığıburma kişidir, əslində isə heç də elə deyil. Ya da əksinə, geyiminə, həyat tərzinə, özünü aparmasına baxırsan fərqlidir, amma “zavodskoy” kişidir. Əsl dostdur, qardaşdır. Elə kişilər də var ki, belə adlarla gündəmə gəlmək istəyir. Açıq danışacam, həmin məşhurlar özü haqqında söz çıxarır ki, guya oriyentasiyası fərqlidir, yəni üzü dönmüşlərdəndir. Əslində isə tam normal kişidir. Allah uzaq eləsin, bu saat özümə bir ad çıxarım, hamı məndən yazacaq. Belə ucuz reklamlarla gündəmə gəlmək mənə lazım deyil.

Sənətçi də var, maşınının farasının sınması, fotosesiya etdirməsi, soyunması ilə özünü reklam edir. Hesab edirəm ki, sənətçi yalnız yaradıcılığı və mənliyi ilə gündəmə gəlməlidir”.

Cəvahir

www.yenicag.az

4934
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv