Hacıqabulda ağır yol qəzası baş verib, ölən və xəsarət alanlar var.
Yenicag.az-ın “APA”ya istinadən verdiyi məlumatına görə, qəza Bakı-Qazax yolunun 115-ci kilometrliyində, Hacıqabul rayonu ərazisində baş verib. Məlumata görə, paytaxt istiqamətində hərəkət edən “99 HF 830” dövlət nömrə nişanlı “Ford” markalı mikroavtobus yoldan çıxaraq aşıb.
Qəza nəticəsində 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb. Məlumata görə, ölən şəxslərdən biri qadın, ikisi kişidir. Onların cavan yaşda olduğu bildirilir. Xəsarət alan şəxsin isə uşaq olduğu məlum olub. Qəza nəticəsində ölən və xəsarət alan şəxslərin Ucar rayonu, Müsüslü kənd sakinləri olduğu bildirilir.
Ölənlərin iki qardaş və onların anası olduğu müəyyən edilib. Onlar: Ucar rayonu Müsüslü kənd sakinləri 1994-cü il təvəllüdlü Abdullayev Hamil Şükür oğlu (sürücü), 1989-cu il təvəllüdlü Abdullayev Samir Şükür oğlu, 1966-cı il təvəllüdlü Abdullayeva Gülzar Knyaz qızıdır. Qəza nəticəsində xəsarət alan 6 yaşlı oğlanın Abdullayev Samirin oğlu olduğu bildirilir.
www.yenicag.az