!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hadı Rəcəbli: "Minimum əməkhaqqının 180 manata qaldırılması inqilabi addımdır"

!Reklam – Yazi

Millət vəkili Azərbaycanın müstəqillik dövründə bir ilki gerçəkləşdirdiyini deyib.

Yenicag.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən deputat Hadı Rəcəbli prezidentin minimum əməkhaqqının 130 manatdan 180 manata qaldırılması haqqındakı qərarını inqilabi addım kimi qiymətləndirib.

Hadı Rəcəblinin sözlərinə görə, bu, Azərbaycanın müstəqillik dövründə yaşayış minimumunun minimum əməkhaqqı ilə uyğunlaşdırılmasına dair ilk nümunədir:

“Azərbaycanda artıq elə bir həftə yoxdur ki, cənab prezident tərəfindən əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində addımlar atılmasın. Onların sırasında minimum əməkhaqqının 180 manata qaldırılması isə inqilabi addımdır. 450 mindən çox vətəndaş bu qərarın müsbət təsirini özündə hiss edəcək. Ştat cədvəli 19 bənd kateqoriyaya aid olan vətəndaşlar da bu qərarın müsbət təsirini görəcəklər”.

COP29

www.yenicag.az

4189
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv