Türkiyənin məşhur müğənnisi Hadisənin işıq üzü görən yeni albomu müzakirə obyektinə çevrilib.
Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, Ankarada konsert verən müğənni açıqlamasında:
“Haqqımda deyilən sözlərə bəzən fikir vermirəm. Anamın mənə dediyi bir söz var, “Bar verən ağaca daş atırlar”. Hər zaman bu sözü yaddaşımda saxlayıram” deyib.
Müğənni həmçinin:
“Bu günə qədər heç kim ilə qalmaqal yaşamamışam, bundan sonra da fikrim yoxdur. Mən çempionam! Məni sevən gənc qızlara nümunə olacağam”, deyə vurğulayıb.
www.yenicag.az