Hakim məhkəmə zalında güllələnərək öldürüldü

media-hightechnic-468x90

Albaniyanın paytaxtı Tiranada Apellyasiya Məhkəməsində keçirilən prosesdə hakim məhkəmə zalında güllələnərək öldürülüb. 

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki,  hakim Astrit Kalaja xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Əmlak mübahisəsi ilə bağlı məhkəmə iclasında iştirak edən digər iki nəfər – ata və oğul güllələnib, lakin onlar həyati təhlükəsi olmayan xəsarətlər alıblar.

Polis qətli törətməkdə şübhəli bilinən 30 yaşlı şəxsi saxlayıb. Məlumata görə, şübhəli məhkəmə işini uduzacağını düşündüyü üçün hakimə atəş açıb.

Albaniyanın baş naziri Edi Rama hakim Kalajanın ailəsinə başsağlığı verib./unikal

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa