Hakim, prokuror, vəkil... - Əsrarəngiz qəzanın detalları - FOTO

media-hightechnic-468x90

Türkiyənin Tuncəli bölgəsində gecə saatlarında qəza baş verib.

Yenicag.az “Haber Global”a istinadən xəbər verir ki, içində hakim (Emre Küçükbaşol), prokuror (Fərhad Akıl) və vəkilin (Arif Yıldız – avtomobili idarə edən) olduğu avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb.

Çağırışdan sonra hadisə yerinə xilasedicilər və təcili tibbi yardım avtomobilləri göndərilib. Avtomobildən çıxarılan hər üç yaralı öncə rayon, daha sonra isə Elazığ Fəthi Səkin Şəhər xəstəxanasına aparılıblar.

Vəkil Arif Yıldızın ürəyinin dayandığı, lakin həkim müdaxiləsindən sonra təkrar döyünməyə başladığı bildirilib.

Hadisə ilə bağlı araşdırma davam edir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600