“Hakimiyyət həm Rusiya, həm Qərb, …”
Azərbaycan hakimiyyəti həm Rusiya, həm Qərb, həm də İrandan ehtiyat edir”.
Bu sözləri açıqlamasında “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev bildirib. Onun sözlərinə görə, prezident seçkiləri öncəsi bu, özünü daha çox hiss etdirdi:
“Ölkədə keçirilən son prezident seçkiləri dönəmində bu gerçək özünü daha aydın hiss etdirdi. Hakimiyyətin müxtəlif nümayəndələri Qərb və Rusiyaya səfərlər edərək yardım məqsədi ilə müəyyən danışıqlar apardı. Bu gün də bunu müşahidə etmək çətin deyil.Bu səbəbdən də mən düşünmürəm ki, xarici güclərin mövqe və düşüncəsi hakimiyyət üçün önəmli deyil”.