“Hakimiyyət yanlış seçim edir” – Arif Hacılı

media-hightechnic-468x90

publika.az13935671115A1A4C86-3BDA-43E4-9B68-E56EE271759C_mw1024_n_sArif Hacılı: “Rusiyanın Azərbaycanın milli təhlükəsizliyinə təminat verəcəyini düşünmək sadəlövhlük olardı”

Xəbər verildiyi kimi, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Avropa Birliyinin Riqada keçirilən “Şərq tərəfdaşlığı” sammitindən dərhal sonra Moskvaya səfər edərək, burada rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.

Riqa səfərinin ardınca Məmmədyarovun Moskva səfərini şərh edən Müsavat Partiyasının başqanı Arif Hacılı Yenicag.az-a açıqlamasında hakimiyyətin yanlış seçim etdiyini söylədi: “Azərbaycan hökumətinin uzun illər apardığı və balans siyasəti adlandırdığı xarici siyasət faktiki olaraq iflasa uğrayıb. Bu ona gətirib çıxarıb ki, Azərbaycan heç bir tərəfdən dəstək ala bilmir və faktiki olaraq beynəlxalq arenada təklənib. İndi də Azərbaycan hakimiyyəti yanlış seçim edir və balans artıq pozulur. Aydın şəkildə Azərbaycanın Rusiyaya meyllənməsinin konturları görünməkdədir. Bu cür siyasət isə ölkəmizin gələcəyi üçün təhlükəlidir. Son əsrlər ərzində Azərbaycanın həm müstəqilliyi, həm də ərazi bütövlüyü üçün ən böyük təhlükə həmişə Rusiyadan gəlib. Hətta Azərbaycan bu imperiyanın tərkibində, sonralar sovetlər birliyində olduğu dövrdə də, daim öz ərazilərini itirib. Rusiya daim Azərbaycanın maraqlarına zidd siyasət yürüdüb. Ona görə də Rusiyanın Azərbaycanın milli təhlükəsizliyinə təminat verəcəyini düşünmək sadəlövhlük olardı. Azərbaycan hakimiyyəti öz siyasətində radikal dəyişiklik etməli, ölkə Konstitusiyası və qanunlarında əks olunan və dekorativ şəkildə hakimiyyət tərəfindən bəyan edilən avrointeqrasiya xətti istiqamətində real addımlar atılmalıdır”.

ELÇİN

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600