!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hakimlərin maaşı artırılır

!Reklam – Yazi

Azərbaycanda Konstitusiya Məhkəməsinin hakimlərinin maaşı artırılır.

Yenicag.az xəbər verir ki, bununla bağlı “Konstitusiya Məhkəməsi haqqında” qanuna dəyişiklik edilir.

Qanunun 71-ci (Konstitusiya Məhkəməsi hakiminin əmək haqqı) maddəsinin 1-ci bəndində edilən dəyişikliyə əsasən, Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı 2 335 manat olacaq. Hazırda bu rəqəm 2 120 manatdır.

Konstitusiya Məhkəməsi sədrinin müavininin aylıq vəzifə maaşı sədrin aylıq vəzifə maaşının 90 faizinə bərabərdir, yəni 2 101 manata qaldırılacaq.

Konstitusiya Məhkəməsi hakiminin aylıq vəzifə maaşı sədrin aylıq vəzifə maaşının 85 faizinə bərabərdir, yəni 1 985 manat olacaq.

Qeyd edək ki, dəyişiklik layihəsi Milli Məclisin mayın 4-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq. Dəyişikliyin mayın 1-dən tətbiq edilməsi nəzərdə tutulur.

COP29

www.yenicag.az

1769
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv