!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hamilə qadınlar üçün 10 məsləhət - Bunlara diqqət edin

!Reklam – Yazi

Hamiləlik zamanı mədə yanğısının əsas səbəbi progesteron hormonudur. Bu hormonun əzələni genişləndirməsi səbəbi ilə mədə qapaqları da genişlənir və turşu tərkibli məhsullar yemək borusuna kimi daxil olur. Həmçinin, uşaqlıq yolunun da böyüməsi səbəbi ilə mədəyə doğru təzyiq artır və qapaqların açılması da asanlaşır. Aparılan elmi araşdırmalar nəticəsində hamilə qadınlarda mədə yanğısını xəfiflədəcək vasitələr məlum olub.

Yenicag.az həmin vasitələr haqqında məlumatı təqdim edir:

1. AZ YEYİN!

Əgər mədəniz bulanırsa, az miqdarda yemək daha yaxşı olar. Tez-tez, ancaq az miqdarda yeməklə mədə yanğısını azalda bilərsiniz.

2. YAVAŞ HƏRƏKƏT EDİN!

Tələsərək yemək həm mədə ağrısına, həm də sinir sisteminin pozulmasına səbəb olar. Rahatlanaraq yediyinizdən zövq almağa çalışın. Bu həm də çox yeməyinizin qarşısını alar.

3. MAYENİ QURTUMLAYARAQ İÇİN!

Su və süd kimi maye məhsullarını yemək vaxtı qurtumlayaraq içməyə çalışın.

4. YEMƏKDƏN SONRA YATMAYIN!

Yeməkdən sonra yüngül bir gəzintiyə çıxın, ev işləri ilə məşğul olun və ya kitab oxumaqla vaxtınızı keçirin. Amma əsla uzanıb yatmayın.

5. YATARKƏN DİQQƏT EDİN!

Yatarkən başınız sinənizin üstündən daha yuxarı səviyyədə olmalıdır. Paz şəklində olan yastıqlar vücudunuzun üst hissəsini yuxarıda tutaraq mədə turşusunun yuxarı çıxmasına əngəl olacaqdır.

6. ƏDVİYYATLARI TANIYIN!

Qadından qadına dəyişsə də, limon, kofe, şokolad kimi məhsullara diqqət etmək lazımdır. Həmçinin, ədviyyatı çox olan qidalar da mədəyə əks təsir göstərir.

7. GENİŞ ÖLÇÜLÜ PALTARLAR GEYİNİN!

Dar və sizi sıxan paltarlar bədənə təzyiq göstərərək narahatlıq yaradır. Ancaq üzərinizə uyğun və rahat ölçülü paltarlar geyinsəniz, bu problem yaşanmaz.

8. ZƏNCƏFİL

Zəncəfillə bağlı çox məlumat olmasa da, zəncəfilli şəkər və saqqız mədə yanmasına kömək edir.

9. ANTİASİDLƏRİ DÜŞÜNÜN!

Kalsium və maqnezium tərkibli antiasidlər hamiləlikdə rahatlıqla qəbul edilə bilər. Lakin qəbizliyə səbəb olan alüminium tərkibli maddələrdən uzaq durulmalıdır. Soda içmək olar, lakin şişkinlik yaratdığını da unutmamaq lazımdır.

10. H2 BLOKLAYICILAR

Əgər antiasidlər kömək etmirsə, H2 bloklayıcılar yaxşı alternativ ola bilər. Həkim məsləhəti və reseptlə bu tərkibli dərmanlardan hamiləlikdə qəbul etmək olar.

Tahirə Nur

COP29

www.yenicag.az

3313
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv