“Azərbaycanda koronavirusla bağlı əhalini dörd qrupa bölmək olar; virusa inanıb, tibbi qaydalara əməl edənlər, şübhə edənlər, inanmayanlar və biganəlik göstərənlər. Sosiologiyada buna bataqlıq deyirlər. Laqeydlik ən dəhşətli məqamdır. Baxırsan, ticarət mərkəzlərində, restoranlarda hamı öpüşüb-qucaqlaşır, nəfəs-nəfəsə dayanır…”
Bu fikirləri Yenicag.az-a açıqlamasında tanınmış sosioloq Əhməd Qəşəmoğlu insanların nədən koronavirusa inanmadıqlarının səbəblərini şərh edərkən deyib.
Sosioloq bildirib ki, insanlar bu bəladan qurtulmaq üçün səfərbər olmalıdır:
“İnsanların inamsızlığının müxtəlif səbəbləri var. Sosial şəbəkələrdə yanlış məlumatlar yayılır, “bu, bir siyasi oyundur” deyib, insanları çaşdıran qüvvələr var. Eyni zamanda, düşmən xarici qüvvələr insanlarda inamsızlıq yaradaraq, yoluxmanın sayını artırır. Buna görə də, əhalinin maariflənməyə ehtiyacı var. Bunun üçün televiziya, radio və sosial mediada maarifləndirmə işi aparılmalıdır. Hamılıqla səfərbər olub, bu bəladan qurtulmalıyıq”.
Cəvahir
www.yenicag.az